Dünya millətlər kubokuna yollanıblar

İyunun 10-da Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçuların dünya millətlər kuboku başlayacaq. Allsport.az saytı xəbər verir ki, ənənəvi turnirdə Azərbaycan millisi ABF-in baş katibi Nağı Səfərovun rəhbərliyi ilə yollanıb.

Baş məşqçisi Vaqif Kazımov, məşqçilər Teymur Məmmədov və Orxan Cəbiyev bu sınaqda Aydın Şahbazov, Həsrət Məmmədov (hər ikisi – 46 kq), Nihat Məmmədli (48 kq), Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Elcan Musazadə (54 kq), Əli Camalzadə (57 kq), Əli Abaslı (60 kq), Vəkil Qurbanov (63 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulova (+80 kq) fürsət verəcək.

Ölkəmizi turnirdə Fərhad Rəhmanov hakim kimi təmsil edəcək.

Həmin kateqoriyadan