Lüis sıralamada 2-ci yerə yüksəlib

“Mersedes”in sürücüsü Kimi Antonelli, Formula-1-də öncüllüyünü artırıb. Allsport.az saytı xəbər verir ki, italiyalı pilot Monako mükafat yarışının qalibi olub və hazırda 156 xalı var.

Onun komanda yoldaşı Corc Rassel (88 xal) xallar xaricində finiş xəttini keçərək Lüis Həmiltonun (90 xal) ümumi sıralamada 2-ci yerə yüksəlməsinə imkan verib.

İlk 10-luğa həmçinin Çarlz Lekler (75), Oskar Piastri (60), Ləndo Norris (58), Maks Verstappen (43), İsak Hacar (29), Pyer Qasli (16) və Liam Louson (26) daxildir.

Mühəndislər kubokunda “Mersedes” öndərliyini davam etdirir, ardınca “Ferrari” (165) və “Maklaren” (118) gəlir.

Həmin kateqoriyadan