MOK-un vitse-prezidenti: Təhlükəsiz idmanla bağlı bütün çətinliklər daha çevik araşdırılacaq

“Federasiyalarımızın yalnız bir neçəsində təhlükəsiz idman üzrə mütəxəssislər fəaliyyət göstərir. Digər federasiyalarda isə belə kadrlar yoxdur. Buna görə də onların hazırlanması istiqamətində xüsusi təlim proqramı həyata keçirdik”.

Allsport.az saytı xəbər verir ki, bunu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə milli idman federasiyaları üçün “Təhlükəsiz idman” proqramının yekunları ilə bağlı MOK-da keçirilən tədbirdə KİV nümayəndələrinə deyib. Onun sözünə görə, son illər dünya idmanında təhlükəsiz idman məsələləri xüsusi aktuallıq qazanıb və bu istiqamətdə Milli olimpiya komitəsi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir:

“Dünya idmanında son illər təhlükəsiz idman məsələləri xüsusi aktuallıq qazanıb. Milli olimpiya komitəsi də bu istiqamətdə ardıcıl fəaliyyət göstərir və son üç il ərzində beynəlxalq mütəxəssislərin iştirakı ilə bir sıra forumlar təşkil edib. Budəfəki tədbirimizin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən olimpiya idman növləri üzrə federasiyaları təhlükəsiz idman prosesinə daha fəal cəlb etmək və həmin qurumlarda bu sahə üzrə mütəxəssislərin hazırlanmasına dəstək vermək olub”.

Həmin kateqoriyadan