“Bu gün yarış cədvəlində nəhayət layiq olduğumuz yerdəyik”

Bu gün “Kəpəz” premyer liqanın 24-cü turunda şərti öz meydanında “Qəbələ”ni 2:1 üstələdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Adil Şükürov bunu dedi:

“Allaha çox şükürlər olsun ki, bu mühüm oyunda qalib gəldik. “Qəbələ” bizim yaxın izləyicimizdir. O üzdən, ən azı 1 xala da razı idik.

Bu gün yarış cədvəlində nəhayət layiq olduğumuz yerdəyik. Bizim öz hədəfimiz var. Ən başlıcası, premyer liqada qalmaqdadır.

Sonra duruma baxacağıq. Ola bilsin, avrokubok mübarizəsinə qoşulduq. İndidən danışmaq tezdir. Sevindiricidir ki, yaxşı kollektiv formalaşdırmışıq”.

Həmin kateqoriyadan