Bunu bacaran üçüncü klub oldu

Bunu bacaran üçüncü klub oldu

“Arsenal” çempionlar liqasının V turunda “Borussiya” ilə (Dortmund) heç-heçə edib – 1:1.

Allsport.az xəbər verir ki, London klubu turnirin əsas mərhələsində ardıcıl 20 oyundur, məğlub olmur.

Komanda bu göstəriciyə nail olan üçüncü İngiltərə klubudur.

Daha əvvəl “Mançester Yunayted” (2007-2009) və “Mançester Siti” (2022-2024) bunu bacarıb.

“Arsenal” 5 turdan sonra 11 xalla 5-ci sıradadır.

Həmin kateqoriyadan