- Baxış sayı: 44
- 25 Noyabr 2026 10:21
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

PSV-nin yarımmüdafiəçisi İvan Perişiç UEFA çempionlar liqasının (ÇL) əsas mərhələsində penaltidən qol vuran ən yaşlı futbolçudur.
Allsport.az xəbər verir ki, oyunçu buna İspaniyada “Real”a qarşı keçirdikləri liqa mərhələsinin V turunun matçında nail olub.
Xorvatiyalı futbolçu 37 yaş 295 günündə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Perişiç həm də ÇL-də “Real”la qarşılaşmada fərqlənən ən yaşlı oyunçu kimi də tarixə düşüb.
Xatırladaq ki, PSV sözügedən görüşdə rəqibinə 1:5 hesabı ilə uduzub.