- Baxış sayı: 39
- 04 Sentyabr 2026 23:56
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Kabu Verde milli komandasına yeni baş məşqçi təyin olunub.
Allsport.az xəbər verir ki, komandanın “sükanı” Humberto Bettenkura tapşırılıb. Onunla anlaşmanın detalları açıqlanmayıb.
Bettenkur 2020-ci ilin yanvarından komandanın sabiq baş məşqçisi Bubiştanın köməkçisi vəzifəsində çalışıb.
Bubiştanın rəhbərliyi altında komanda DÇ-2026-nın 1/16 finalına qədər yüksəlmişdi. Bu mərhələdə isə Argentinaya məğlub olmuşdular.
Bubişta bir müddət əvvəl Mərakeşin “Berkane” klubuna baş məşqçi təyin edilmişdi.