Komandada qaldı

Komandada qaldı

“San Xose Şarks”ın baş məşqçisi Rayan Vorskofski klubla yeni uzunmüddətli müqavilə imzalayıb.

Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssisin əvvəlki sözləşməsinin müddətinin başa çatmasına daha bir il qalırdı.

Vorskofski 2024-cü il iyunun 13-də “San Xose”nin baş məşqçisi təyin olunub. Amerikalı mütəxəssis bundan əvvəl iki mövsüm ərzində komandanın məşqçilər korpusunda köməkçi kimi çalışıb.

“San Xose” ötən mövsüm 82 oyunda 86 xal toplayaraq Sakit okean liqasında 5-ci pilləni tutub.

Həmin kateqoriyadan