- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycanın cüdo millisinin oktyabrın 4-11-i aralığında Bakı keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, yarışda ölkəmizi 12 çəki dərəcəsində 23 cüdoçu (17 kişi və 6 qadın) təmsil edəcək.
İdmançılar performans direktoru, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Əminə Əbdüllətif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
Milli gimnastika arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışı isə 11-də baş tutacaq.
Azərbaycan millisinin ilkin heyətini təqdim edirik:
Qadınlar: Şəfəq Həmidova, Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Xədicə Qədəşova (57 kq), Südabə Ağayeva (70 kq), Mədinə Qaysinova (+78 kq)
Kişilər: Balabəy Ağayev, Əhməd Yusifov (60 kq), Ruslan Paşayev, Turan Bayramov, Nizami İmranov (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (73 kq), Zəlim Tçkayev, Ömər Rəcəbli, Vüsal Qələndərzadə (81 kq), Murad Fətiyev, Elcan Hacıyev, Süleyman Şükürov (90 kq), Zəlim Kotsoyev (100 kq), Uşanqi Kokauri, Kənan Nəsibov, Camal Həmzətxanov (+100 kq).