Mundiala Göygöldə hazırlaşacaqlar

Mundiala Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl olimpiya idman kompleksində təlim-məşq toplanışına başlayıb.

Allsport.az xəbər verir ki, oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlük veriləcək.

Yığmanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Teymuraz Kokoyev, Şərif Şərifov və Arif Abdullayevin rəhbərliyi altında İslam Bazarqanov, Hüseyn Hüseynov (hər ikisi 57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə, Əli Rəhimzadə (hər ikisi 65 kq), Kənan Heybətov, Zirəddin Bayramov (hər ikisi 70 kq), Turan Bayramov, Musa Verdiyev (hər ikisi 74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev, Abubakr Abakarov (hər ikisi 92 kq), Məhəmmədxan Məhəmmədov, Osman Nurməhəmmədov (hər ikisi 97 kq), Giorgi Meşvildişvili və Yusif Dursunov (hər ikisi 125 kq) hazırlıq keçəcək.

Təlim-məşq toplanışı oktyabrın 24-dən noyabrın 1-dək Astanada baş tutacaq böyüklərin dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Həmin kateqoriyadan