Ölkə kubokunun püşkü atıldı

Ölkə kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

7-8 oktyabr

“Marafon” – “Dinamo”

“Qaradağ Lökbatan” – “Şəki”

“Şirvan” – “Kür-Araz”

“Ağdaş” – “Hypers”

“Şəmkir” – “Ağstafa Gəncləri”

“Difai” – “Zəngəzur”

II təsnifat mərhələsi

27-29 oktyabr

MOİK – “Şahdağ Qusar”

“Şimal” – “Araz-Naxçıvan”

“Kəpəz” – “Baku Sportinq”

“Səbail” – “Zirə”

“Qəbələ” – “Mingəçevir”

“Xankəndi” – “Gəncəbasar”

“Şamaxı” – “Ağdaş”/”Hypers” cütünün qalibi

“Şəfa” – “Şəmkir”/”Ağstafa Gəncləri” cütünün qalibi

“Karvan-Yevlax” – “Difai”/”Zəngəzur” cütünün qalibi

“Zaqatala” – “Marafon”/”Dinamo” cütünün qalibi

“İmişli” – “Qaradağ Lökbatan”/”Şəki” cütünün qalibi

“Sumqayıt” – “Şirvan”/”Kür-Araz” cütünün qalibi

Azərbaycan kubokunda 34 komanda iştirak edəcək. 1/4 finala qədər qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Daha sonra ev-səfər prinsipi tətbiq olunacaq.

Turnirin final matçı 2027-ci il mayın 12-də Gəncə stadionunda təşkil olunacaq.

Həmin kateqoriyadan