- Baxış sayı: 29
- 18 Sentyabr 2026 10:58
- Baxış sayı: 93
- Sentyabr 17, 2026
- 0

“Çelsi”nin baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Joao Pedronun zədə səbəbindən Braziliya millisinin qarşıdakı oyunlarını buraxmasını açıqlama verib.
Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis 24 yaşlı forvardın gələcəkdə “sambaçılar”ın heyətinə düşəcəyinə əmin olduğunu bildirib:
“O, yayda və dünya çempionatında baş verənləri artıq geridə qoyub. Onun əla mövsüm keçirmək üçün böyük istəyi və əzmi var. Hələlik də bunun öhdəsindən gəlir. Ona görə də yay artıq çox uzaqda qalıb.
Gələcəkdə o, mütləq milli komandaya düşəcək. Buna demək olar ki, əminəm”.
Joao Pedro bu mövsüm İngiltərə premyer liqasında çıxış etdiyi 4 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard Braziliya millisinin 2026-cı il dünya çempionatının heyətinə də daxil edilməyib.