- Baxış sayı: 51
- 13 İyun 2025 23:40
- Baxış sayı: 53
- İyun 20, 2025
- 0
Hər il 7 may tarixində dünya uşaq atletikası günü qeyd edilir.
Allsport.az xəbər verir ki, bu münasibətlə, dünya atletikası, gənclər və idman nazirliyi, Azərbaycan atletika federasiyası, “Zəfər” qaçış klubu və “Camphood” şirkətinin təşkilatçılığı ilə “KidsRunFest” adlı tədbir keçirilib.
Yarışda 8-13 yaşlı 200-dən artıq uşaq mübarizə aparıb. Dənizkənarı bulvar ərazisində keçirilən yarışda iştirakçılar müxtəlif məsafələrə qaçışda öz güclərini sınayıblar. Qaliblər müxtəlif yaş kateqoriyalarında qızlar və oğlanlar arasında 600, 800, 1000 və 1200 metr məsafələr üzrə müəyyən olunub.
Hər il dünya uşaq atletikası gününə həsr olunmuş bu qlobal tədbirlər atletikanın gücündən istifadə etməklə uşaqları və yeniyetmələri bacarıq və potensiallarını inkişaf etdirməyə ruhlandırmağı hədəfləyir.