- Baxış sayı: 51
- 12 İyun 2026 22:15
- Baxış sayı: 39
- İyun 12, 2026
- 0

Efiopiyalı qaçışçı Tiqst Assefa qadınlar arasında marafonda yeni dünya rekordu qırıb. Allsport.az saytı xəbər verir ki, 29 yaşlı atlet yolu 2 saat 15 dəqiqə 41 saniyəyə qət edib.
İkinci və üçüncü yerləri müvafiq olaraq keniyalı qaçışçılar – Helen Obiri (2 saat 15 dəqiqə 53 saniyə) və Coycelyn Cepkosqey (2:15:55) tutublar.
Tiqst əvvəlki dünya rekordunu qıraraq 2025-ci il London marafonunu 2 saat 15 dəqiqə 50 saniyəyə başa vurub.
Daha əvvəl keniyalı qaçışçı Sebastyan Save marafonda yeni dünya rekordu qıraraq tarixdə 2 saatdan az qaçan ilk şəxs olub.