Avropa çempionatında 1 gümüş və 2 bürünc, İsveç estafetində 3-cü yer – FOTO

Monakoda atletika üzrə Avropanın kiçik ölkələrinin çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 17 ölkədən 300-ə yaxın idmançı mübarizə aparıb. “II Lui” stadionunda millinin üzvləri uğurlu çıxışla yadda qalıb.

Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda 11.91 saniyə göstərici ilə 2-ci yeri tutub. 400 metr məsafəyə qaçışda İlahə Quliyeva 54.64 saniyə nəticə ilə bürünc medal qazanıb. O bu göstərici ilə Azərbaycan rekordunu da yeniləyib.

Nüvəitələmə növündə isə Səkinə Hacızadə 12.78 metr nəticə ilə 3-cü olub. Onun şəxsi məşqçisi Ruslan Məlikovdur.

Lamiyə Vəliyeva, İlahə Quliyeva, Safiya Kərimova və Fəridə Rzayevadan ibarət komandamız isə İsveç estafetində bürünc medallara sahib çıxıb.

Həmin kateqoriyadan