- Baxış sayı: 104
- 12 İyun 2026 22:15
- Baxış sayı: 45
- İyun 15, 2026
- 0

Azərbaycan idman akademiyasının stadionunda atletika üzrə ölkə çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son mübarizə günündə 200 metr məsafəyə qaçışda Novruz Əsədli və Səlma Ağabəyova, 800 metrdə Loğman İsrafilli və Gülçin Nağıyeva, 5000 metrdə Əmrah Nağıyev və Natalya Vallek Azərbaycan çempionu adını qazanıb. Uzunluğa tullanmada Cabir Əliyev və Sofiya İsrafilova bütün rəqiblərini qabaqlayıb. Lövhə atmada İsmayıl Əliyev və Lalə Cəniyeva, çəkic atmada isə Rəhimə Bəylərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Son yarış günü titullu atletimiz Nazim Babayevin karyerasındakı son çıxışı ilə yadda qalıb. Beləliklə, Azərbaycan atletikasının parlaq simalarından biri böyük idmanla vidalaşıb. 28 yaşlı atletimiz 2019-cu ildə Qlazqoda qapalı məkanda keçirilən Avropa çempionatında üç təkanla tullanma növündə qızıl medal qazanaraq tarixi uğura imza atıb. Nazim Babayev 2 dəfə yay universiadasının, həmçinin İslam həmrəyliyi oyunlarının çempionu olub. O, yeniyetmələr və gənclər arasında keçirilən ən mötəbər yarışlarda da çoxsaylı nailiyyətlər qazanıb.