- Baxış sayı: 24
- 06 Avqust 2026 14:58
- Baxış sayı: 178
- Avqust 05, 2026
- 0

Premyer liqanın 20-ci turunda “Sumqayıt” səfərdə “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib.
Allsport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov oyun haqda danışıb:
“Futbolçularıma təşəkkür edirəm. Hər qazandığımız xal bizim üçün uğur sayılacaq. Uduzmamaq üçün çox zəhmət çəkdik. Bizim üçün həddindən artıq çətin olacaq. Görürsünüz ki, oyunlar hansı məcrada keçir. Gərginlik daha da artır. Çalışacağıq ki, realist yanaşaq. Xallar itirilməyəcək deyə bir anlayış yoxdur. Panikaya düşməmək lazımdır”.