- Baxış sayı: 17
- 25 Noyabr 2026 10:21
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

“Nyukasl Yunayted” və İsveç millisinin müdafiəçisi Emil Kraft “Kopenhagen”in maraq dairəsinə düşüb.
Allsport.az xəbər verir ki, danimarkalılar çox güman ki, yanvar ayında isveçlini transfer etməyə çalışacaqlar. Onun “sağsağanlar”la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Kraft bu mövsüm yalnız bir dəfə “Nyukasl Yunayted”in start heyətində yer alıb. O, 2019-cu ildən bu klubdadır.