“Oyunun qırılma nöqtəsi verilməyən penaltilər oldu”

23 fevralda “Qəbələ” premyer liqanın 24-cü turunda şərti rəqib meydanında “Kəpəz”ə 1:2 uduzdu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “qara-qırmızılar”ın baş məşqçisi Elmar Baxşiyev yenilgiyə aydınlıq gətirdi:

“Oyuna yaxşı hazırlaşmışdıq. İlk hissəni bərabər bitirdik. Oyunun qırılma nöqtəsi verilməyən penaltilər oldu. Gərək bizim futbolçunun başı yarılsın ki, hakimlər 11-mertlik nöqtəni göstərsinlər.

“Kəpəz” ilə xal fərqimiz 8-ə yüksəldi. Ciddi durumdur. Nələrsə etməliyik. Azarkeşləri də anlayıram, onlar da narahatdırlar. Əgər istefamı istəyirlərsə, rəhbərliyə müraciət edə bilərlər”.

Həmin kateqoriyadan