- Baxış sayı: 56
- 25 İyun 2026 18:26
- Baxış sayı: 92
- İyun 26, 2026
- 0

Almaniyanın Frankfurt şəhərində karate üzrə Avropa çempionatında Azərbaycan karateçisi Mədinə Sadıqova 55 kq-da qızıl medal qazanıb.
Allsport.az saytı xəbər verir ki, bununla da o, bu idman növündə böyüklər arasında qitə çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.
Bu, ölkəmizin qazandığı yeganə mükafat olmayıb. Daim öz sözünü deyən millinin öncülü İrina Zaretska (68 kq) Frankfurtda bürünc medalla kifayətlənib.