- Baxış sayı: 42
- 15 İyun 2025 20:40
- Baxış sayı: 90
- İyun 17, 2025
- 0
May ayının 16-da Birləşmiş Krallıqda ənənəvi olaraq Vindzor kral atçılıq şousu start götürüb. Allsport.az xəbər verir ki, bu səfərdə Azərbaycan ilk dəfə 130-nəfərlik böyük nümayəndə heyəti
ilə təmsil edilir. İin ən möhtəşəm çıxışlarında “Azerbaijan – Land of Fire” şou-
kompozisiyasında çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və 2025-ci il üçün yeni olan orkestrin çıxışları nümayiş etdirilib.
Dövlət sərhəd xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi 20 Qarabağ atı ilə ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanıb. Şou-kompozisiyanın rəhbəri əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı DSX-nın əməkdaşı Fərid İbrahimov, süvarilər dəstəsinin məşqçisi baş təlimatçı İmran Əhmədli, nümunəvi hərbi orkestrin baş dirijoru Səməd Vəkilovdur.
Böyük Britaniya tamaşaçısı milli musiqi alətlərimizin ifasında səslənən “Yallı”, maestro Niyazinin “Qaytağı”sı, Emin Sabitoğlunun “İncə bellim”i, Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində qeyri-adi performanslarından ibarət şou-kompozisiyanı böyük heyranlıqla izləyib. 20 dəqiqə davam edən şou ərzində süvarilərimiz Azərbaycan Respublikası və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaqla diqqətləri cəlb edib, tədbir iştirakçıları tərəfindən coşqu ilə qarşılanaraq ayaq üstə alqışlanıblar.
Günün sonunda Vindzor qəsrində qonaqların şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə Əməkdar artist Afaq Abbasova-Budaqova və Səadət İsmayılova incə zövqlə seçilən piano ifaları ilə gecəyə xüsusi rəng qatıblar.
Nümayəndə heyətimizin çıxışları may ayının 18-dək davam edəcək, mayın 17-si isə “Land of Fire” polo komandasının çıxışı baş tutacaq.