- Baxış sayı: 92
- 05 İyul 2026 22:23
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr məlumdur. Allsport.az saytı xəbər verir ki, bu barədə Beynəlxalq çövkən federasiyası məlumat yayıb. Son olaraq xüsusi dəvətlə çempionata Küveyt qatılacaq.
İyunun 7-13-ü aralığında Binə atçılıq mərkəzində keçiriləcək dünya çempionatında təşkilatçı ölkə Azərbaycanla yanaşı, Avropa zonasından Polşa və Malta, Afrikadan Nigeriya ilə Qana, Asiyadan Özbəkistan və Qazaxıstan, Cənubi Amerikadan Uruqvay və Çili yığmaları mübarizə aparacaq.