- Baxış sayı: 96
- 13 Sentyabr 2026 12:34
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

“Elite” atçılıq klubunun yetirməsi Anar Hümbətov, Daşkənddə konkur üzrə “Mantena” Kubokunda iştirak edib. Allsport.az saytı xəbər verir ki, turnirdə 9 ölkədən 10 idmançı mübarizə aparıb.
Beynəlxalq atçılıq federasiyasının təqvim planına daxil olan bu yarışda idmançımız “Aqat” ləqəbli atla hündürlüyü 110 sm olan maneələri dəf etmək yarışlarında 5-ci yeri tutub.
Hündürlüyü 115 sm olan maneələrin dəf olunmasında təmsilçimiz 6-cı nəticə göstərib.