- Baxış sayı: 106
- 25 Aprel 2026 17:26
- Baxış sayı: 85
- Aprel 30, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, mayın ilk günlərində keçiriləcək 6-cı tur daha bir neçə maraqlı qarşılaşma ilə yadda qalacaq. Ötən tur “Atilla”nın qapısından 13 cavabsız top keçirmiş “Buta Qolden” bu dəfə “Polad”la qarşılaşacaq. Bu görüşdə “naxışçılar” həmin məhsuldarlığın təsadüfi olmadığını göstərməyə çalışacaq. “Dəmirçilər” isə, son oyunda “Sərhədçi”yə uduzaraq şərik zirvəni əldən verməsinin əvəzini çıxmaq barədə düşünməlidir.
Amma bu turda ona çatmaq çətin olacaq. Çünki “Sərhədçi”ni hələ də xal sevinci dadmamış “Xəzər”lə oyun gösləyir. 3-cü yerdə qərarlaşmış “Embavud” isə onuncu, yəni sonuncu “Atilla”nı sınağa çəkəcək. Əgər buna sınaq demək olarsa. Çünki hər iki qarşılaşmada birincilər favorit sayılırlar və heç bir fövqəladə hal baş verməzsə aktivlərinə növbəti 3 xallarını yazacaqlar.
Turnir cədvəlinin ortalarında qərarlaşmış “Elite” və “Zəfər” komandaları arasında oyun, həmçinin turun ilk, “Şamaxı” – “Omar” matçı da maraqla gözlənilənlərdəndir. Oyunlar Binə atçılıq mərkəzində keçiriləcək.