“Rəqibin 3-cü qolu məni məyus etdi”

Azərbaycan kubokunun 1/4 finalda “Sumqayıt” – “Neftçi” arasında ilk oyunundan (2:3) sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abbasovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi mütəxəssisin fikiri ilə tanış edir:

“Rəqibi təbrik edirəm. Gərgin və maraqlı oyun alındı. Əksər hallarda kubokda ilk oyun bir az sönük keçir. Görünürdü ki, hər iki komanda uduzmaq istəmir. Sanki, komandalar ən önəmli matçlarından birinə çıxmışdı. Futbolçularımı təbrik edirəm. İkinci hissədə yaxşı oynadılar. 0:3-dən sonra sınan komanda kimi görmədik. Komanda inanırdı ki, oyunu çevirə bilər.

Rəqibin 3-cü qolu məni məyus etdi. Düşünürəm ki, top meydandan çıxmışdı. Qarşıda cavab oyunumuz var. Bundan əvvəl də yeni stadionumuzda “Neftçi” ilə çempionat matçı keçirəcəyik. İnanıram ki, oyun azarkeşlərin stadiona gəlməyinə səbəb olar”

Həmin kateqoriyadan