- Baxış sayı: 167
- 05 May 2025 21:06
- Baxış sayı: 89
- May 12, 2025
- 0
Allsport.az xəbər verir ki, yarışdan əvvəl layihənin təşkilatçıları və iştirakçıları ulu öndər Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Tədbirdə həmçinin dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AHİTA-dan verilən məlumaya görə, 5000 metr məsafəyə qaçışda Lənkəran, Yardımlı, Masallı, Lerik, Astara və Cəlilabad rayonlarından həkim, tibb bacısı və digər peşə sahibləri, eləcə də Lənkəran tibb kollecinin tələbələri iştirak ediblər.
Yekunda finiş xəttini birinci keçən ilk 3 nəfər qalib elan olunub və mükafatlandırılıb. Eyni zamanda qaliblər Xankəndi şəhərində təşkil olunacaq final yarışında iştirak etmək hüququ qazanıblar.
İdman tədbiri Lənkəranın “Nənələr” folklor və rəqs qrupunun ifasında bədii hissə ilə davam edib.
17 İyun – Tibb işçilərinin peşə bayramı gününə həsr olunan yarışlar tibb işçilərinin asudə vaxtının səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.