“Yeni qurulmuş komandayıq, hər şey qabaqdadır“

Premyer liqanın 20-ci turunda “Araz-Naxçıvan” “Dalğa arena”da “Sumqayıt”la 1:1 hesabı ilə bərabərə qalıb. Allsport.az xəbər verir ki, “qırmızı-ağlar”ın baş məşqçisi Azər Bağırov matç haqda öz fikirlərini bölüşüb:

“Maraqlı oyun izlədik. Sevindirici məqam odur ki, bir neçə futbolçumuzun səhhətində problem olsa da, bu gün sona qədər mübarizə apardılar. Həm də “Qarabağ”la görüşdən sonra yaxşı oyun nümayiş etdirə bildik.

Yeni qurulmuş komandayıq, hər şey qabaqdadır. Bu gün 27 xal toplamışıqsa və baxımlı futbol nümayiş etdiririksə, bu sevindiricidir. Problemimiz yaratdığımız qol epizodlarından az qismini reallasdırmaqla bağlıdır, bunu aradan qaldırmalıyıq. Çünki rəqiblərimiz bizimlə müqayisədə 2 real epizoddan birini qola çevirir. Sevinirəm ki, komandam meydanda mübarizə aparır və istədiyimi mənə qaytarır”.

Həmin kateqoriyadan