Ramil Şeydayev “Jilina”ya qələbə gətirən yeganə qolu vurub

Slovakiya 1-ci liqasının 30-cu turunda Ramil Şeydayevli “Jilina” səfərdə “Zemplin” komandasına kiçik hesabla qalib gəlib.

Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin hücumçusu 74-cü dəqiqədə meydana girib və bundan 10 dəqiqə sonra qol vurub.

Çempionluğunu əvvəlki turlarda rəsmiləşdirmiş “sarı-yaşıllar” 11 komanda arasında 64 xalla şəriksiz liderliyini davam etdirir.

Həmin kateqoriyadan