“Səbail” flaqmanın futbolçusunun icarə müddətini artırıb

“Səbail” yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.

Allsport.az saytı xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Fəhmin Muradbəyli ilə də bağlı qərarını verib. 22 yaşlı futbolçu ilə yeni sözləşilib.

O, müqavilə ilə “Neftçi”yə məxsusdur. O, ötən mövsümün qış fasiləsində 6 aylıq icarəyə götürülmüşdü. Lakin tərəflər bu müddəti artırmağa qərar veriblər.

Həmin kateqoriyadan