Abdulqadir Abdullayevdən nokaut

Bu gün Rio Yay Olimpiya Oyunlarında daha bir boksçumuz rinqə çıxıb. Allsport.az saytı xəbər verir ki, tarixində ilk dəfə “dördilliy”ə tam heyətlə yollanan millimizin digər üzvü – Abdulqadir Abdullayev (91 kq) Avropa Oyunlarının qızıl mükafatçısı fransalı Pol Omba Bionqolo ilə qarşılaşıb.

Görüş qələbəmizlə yekunlaşıb. İlk 2 raundda rəqibinə macal verməyən idmançımız, sonra firənglinin zədələnməsi səbəbindən texniki nokautla qalib elan olunub.

Xatırladaq ki, Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunuruq. 49 kq-da Rüfət Hüseynov ilk turda mübarizəni dayandırıb, 81 kq-da  Teymur Məmmədov qələbə qazanıb.

Həmin kateqoriyadan