Eyfel qülləsində olimpiya halqaları görünəcək

Olimpiya halqaları 2024-cü il olimpiadasının başlaması ərəfəsində Eyfel qülləsində quraşdırılacaq.

Allsport.az xəbər verir ki, bu barədə “Parisien” məlumat yayıb.

Ənənəvi olaraq, hər olimpiya oyunları zamanı olimpiya halqaları yarışın keçirildiyi şəhərin simvolik yerində quraşdırılır.

Mənbənin sözlərinə görə, halqalar təxminən 60 metr yüksəklikdə yerləşdiriləcək. Konstruksiyaların eni 29 metr və hündürlüyü 15 metr olacaq və Fransada istehsal olunan 100% təkrar emal olunmuş poladdan hazırlanacaq.

2024-cü il olimpiya oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Həmin kateqoriyadan