Elbrus Rzayev: “Digər boksçularımızın da fürsətləri vardı”

Xorvatiyanın Poreç şəhərində gənc boksçuların Avropa birinciliyində ölkəmizi layiqincə təmsil etmiş milli komanda vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, heyəti Heydər Əliyev beynəlxalq hava limanında idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar. Baş məşqçisi Elbrus Rzayev nəticəni uğurlu sayıb:

“Yığmamız 2 qızıl medal qazandı. Boksçularımızdan Bilalhəbaşi Nəzərovla Ömər Aslanlı bütün rəqiblərinə qalib gələrək, Xorvatiyada himnimizi səsləndirdilər. Nəticədə oğlanlardan ibarət yığmamız Avropa birinciliyində komanda hesabında 3-cü yeri tutdu.

Digər boksçularımızın da fürsətləri vardı. Çatışmazlıqlar üzərində işləyəcəyik. Növbəti hədəf noyabrda baş tutacaq dünya birinciliyi olacaq. Həmçinin böyüklərdən ibarət milliyə güclü boksçular yetişdirməyə çalışacağıq”.

Həmin kateqoriyadan