Peyc Vanzant geri dönür

Keçmiş UFC döyüşçüsü Peyc Vanzant debüt boks görüşündə döyüşməyə hazırlaşır.

Allsport.az xəbər verir ki, döyüşün elanı DAZN yayımında Devin Haney və Ryanan Garsianın mətbuat konfransında ortaya çıxdı.

Bildirilir ki, Vanzant mayın 25-nə təyin olunmuş “Misfits 15” turnirində Elle Brukla döyüşəcək.

Vanzant 2020-ci ildə 5-4 rekordu ilə UFC-dən təqaüdə çıxdı, bundan sonra yumruq döyüşlərində 2 məğlubiyyət aldı.

Həmin kateqoriyadan