ABF-nin baş katibi dünya çempionatından öncə görüşlər keçirdi

“Qətərin paytaxtı Doha boks üzrə dünya çempionatını qəbul etməyə hazırdır”. Allsport.az xəbər verir ki, bu sözləri AİBA rəsmiləri ilə söhbətdə yerli federasiyanın prezidenti Yusuf Əli Əl Kazım deyib.

AİBA prezidenti Çinq Ko Vu və beynəlxalq federasiyanın icraiyyə komitəsinin üzvlərinin iştirakı ilə toplantı keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov və ABF-nin baş katibi Nağı Səfərov təmsil edib. Dünya çempionatı ilə bağlı toplantı iştirakçılarına məlumat verən Çinq Ko Vu yarışın yüksək səviyyədə keçəcəyinə əminliyini deyib. ABF rəsmiləri ilə Qətər Boks Federasiyasının prezidenti Yusuf Əli Əl Kazım arasında görüş keçirilib.

Həmin kateqoriyadan