Məhəmməd Əlinin geyimi hərracda – FOTO

Məhəmməd Əlinin əfsanəvi döyüşlərindən birində geyindiyi şort satışa çıxarılıb. Allsport.az xəbər verir ki, o bu ağ və qara “Everlast” şortlarını 1 oktyabr 1975-ci ildə Joe Frazierə qarşı döyüşündə geyinmişdi.

Həmin döyüş “Manilada triller” adlanırdı və boks tarixində ən məşhur döyüşlərdən biri hesab olunurdu. Peşəkar boksçu 14 raunddan sonra döyüşün qalibi olub.

Şortlarda 2016-cı ildə vəfat edən Məhəmməd Əlinin özünün imzası var. Şortların 4-6 milyon dollara satılacağı gözlənilir. Hərrac aprelin 12-dək davam edəcək.

Həmin kateqoriyadan