Aftandil Hacıyev: Türkiyə hazırlığında da yeni transferlər edəcəyik

“Səbail” klubunun yay hazırlıq planına aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Aftandil Hacıyev iyunun 20-də Bakıda bir araya gələcəklərini bildirib. Onun sözünə görə, paytaxtda 2-həftəlik təlim-məşqlərin ardından, komanda iyulun 7-də Türkiyəyə yollanacaq. Qardaş ölkədə “Səbail”in 2 həftə toplanış keçməsi nəzərdə tutulub.

Sportnet.az-a açıqlamasında o, hazırlıqda yeni transferlər də edəcəklərini deyib. Qeyd edək ki, “Səbail” indiyədək “Qarabağ”dan Rahid Əmirquliyev və Ağabala Ramazanov, “Kəpəz”dən Şəhriyar Rəhimov, “Zirə”dən isə Orxan Əliyevlə anlaşıb.

Həmin kateqoriyadan