- Baxış sayı: 29
- 26 Aprel 2024 15:57
- Baxış sayı: 49
- Aprel 23, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov ölkə çempionatının 22-ci turunda “Qarabağ”a qarşı oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, o, 0:6 hesabı ilə yenildikləri matçda durumu psixoloji amillə əlaqələndirib:
“Oyuna pis başlamamışdıq. Ancaq ustalıq öz sözünü dedi. 0:3-dən sonra futbolçuları psixoloji planda kökləmək çətin idi. Əlbəttə, çempionatın elə vaxtıdır və mövqeyimiz elədi ki, günü-gündən təzyiq altındayıq. Vaxt da azdır. Artıq 5 gün sonra “Keşlə”ylə matçımız var və buna hazırlaşmalıyıq”.