“Azərbaycanın futbol ənənələri var: “Qarabağ” çempionlar liqasının qrupuna düşməklə bunu isbatladı”

“Bakcell arena”da keçirilən Azərbaycan – San Marino görüşündən sonra təşkil olunam mətbuat konfransında rəqib baş məşqçi Azərbaycan barədə xoş söz deyib. Allsport.az saytı xəbər verir ki, Pyer Ancello Manzarolli böyük hesabla (1:5) uduzduqları matçda zəif olduqlarını etiraf edib:

“Qol vurmağımız sevindirici haldır. Nəzərə alın ki, San Marino kiçik ölkədir. Komandamız yenilənib, çoxu gənc futbolçulardır. Təbii ki, oyundan razı qala bilmərəm. Amma sevindirici haldır ki, qol vurduq. Bu isə nadir hallarda baş verir. San Marinoda qaydalar olduqca sərtdir.

Legionerlərin milliləşdirilməsinə icazə verilmir. Heyətdə yer alanların hamısı yerli futbolçulardır. Azərbaycan futbol ənənələri olan ölkədir: “Qarabağ” çempionlar liqasının qrupuna düşməklə bunu bir daha isbatladı. Bu gün isə 5 qol vurdunuz. Sözsüz ki, bu görüşdə Azərbaycan millisi daha yaxşı təsir bağışladı”.

Həmin kateqoriyadan