“Bacardığımız qədər səhvsiz oyun nümayiş etdirdik”

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz premyer liqasının 24-cü turunda “Qəbələ” ilə oyun sonrası mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, o, rəqib üzərində 1:0 vacib qələbəni belə şərh edib:

“Hər 2 komandanın ifasında maraqlı oyunun şahidi olduq. Düzdür, son yarım saat ərzində həyəcan keçirdik, amma ümumilikdə komandamız çox gözəl mübarizə apardı. Bacardığımız qədər səhvsiz oyun nümayiş etdirdik. Qalib gəldik.

Bunun üçün futbolçulara və bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Turnir cədvəlindəki mövqeyimizi bir az da yaxşılaşdırdıq. Qarşıdakı oyunlara da tam motivasiya olub, fürsəti əldən verməməyə çalışacağıq”.

Həmin kateqoriyadan