Bayraqdarlarımızın qara zolaqda: Teymur Məmmədov da Rio-2016-nı əliboş tərk edir

Rio-2016-da boksçuların mübarizəsi sona yaxınlaşır. Allsport.az saytı xəbər verir ki, bu gün bizim vaxtla gecə saatlarında Teymur Məmmədov (81 kq) 3-cü döyüşünə çıxıb. O, qazaxıstanlı Adilbəy Niyazimbətovla qarşılaşıb.

Təəssüf ki, bayraqdarımız yarımfinal yolunda, medal üçün görüşdə rəqininə 0:3 hesabı ilə uduzub. Məğlubiyyət, Yay olimpiya oyunlarında olimpiya millimizin önündə gedən idmançılarımızın qara zolağını davam etdirib.

Sidney-2000-nin bayraqdarı və yekunda həmin “dördillik”də qızıl mükafata sahib çıxan sərbəst güləşçi Namiq Abdullayevdən bu yana, Afina-2014-də ağılıqqaldıran Nizami Paşayev, Pekin-2008-də yunan-Roma güləşçisi Fərid Mansurov və London-2012-də cüdoçu Elnur Məmmədli uğursuz çıxış ediblər.

 

 

Həmin kateqoriyadan