Biri uddu, digəri uduzdu

Bu gün Türkiyənin Samsun şəhərində Avropa olimpiya təsnifat turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, püşkə əsasən ilk olaraq mübarizəyə qadın boksçularımız başlayıblar. Mustafa Dağıstanlı adına İdman Mərkəzində keçirilən turnirdə Anaxanım Ağayeva (51 kq) moldovalı Yuliya Koroli ilə qarşılaşıb. İdmançımız rəqibinə məğlub olaraq mübarizəni dayandırıb.

Yana Alekseyevna (60 kq) ilk görüşünü qalibiyyətlə başa vurub. Boyük Britaniya boksçusu Çantel Kameronla qarşılaşan idmançımız rəqibini məğlubiyyətə uğradıb. 75 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Yelena Vstropova isə ilk döyüşünü türkiyəli Sema Çalışkana qarşı keçirəcək. Döyüş aprelin 11-də olacaq.

Qeyd edək ki, Avropa Oimpiya təsnifat yarışında 38 ölkədən 207 kişi, 56 qadın olmaqla, ümumilikdə 263 boksçu qalib adı uğrunda mübarizə aparır.

Həmin kateqoriyadan