Cavadov oynadı, komandası 1 xal qazandı

Türkiyə PTT 1-ci liqasında 22-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun komandası – “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Bucaspor”la qarşılaşıb. Oyun 2:2 hesabıyla başa çatıb. Cavadov matçın 86-cı dəqiqəsində meydana çıxıb.

Öncədən bu qarşılaşmanın Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki tərəfindən izləniləcəyi də bildirilirdi.

Qeyd edək ki, “Boluspor” hazırda 27 xalla 9-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan