Ceyhun Sultanov – 39

Bu gün “Neftçi”nin idman direktoru Ceyhun Sultanovun doğum günüdür. Allsport.az saytı xəbər verir ki, o, 1979-cu ildə Bakıda anadan olub. 1997/1998 mövsümündə “Neftçi”də çıxış edib.

Futbolçu dönəmində “Fərid” (1996-1997), “Dinamo” (1998-2001), “Maşinsazi” (Təbriz, 2003-2004), “Bakı” (2004-2007), “Xəzər Lənkəran” (2007-2010), “Kəpəz” (2010-2012), “Sumqayıt” (2012), “Qəbələ” (2013) klublarında da çıxış edib.

Ceyhun Sultanov Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir. U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.

39 yaşlı mütəxəssis “Bakı”da seleksiyaçı məşqçi (2013-2014), “Sumqayıt”da baş menecer (2014-2018) vəzifələrini yerinə yetirib. 2018-ci ilin fevralından “Neftçi”nin idman direktorudur.

Həmin kateqoriyadan