Dmitri Nəzərov mövsümün son görüşündə 90 dəqiqə oynayıb

Almaniya 2-ci bundesliqasında mövsümə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” 34-cü turda səfərdə “Darmştadt”a 0:1 yenilib.

Futbolçumuz start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Aue təmsilçisi mücadiləni 40 xalla 18 klub arasında 14-cü pillədə başa vurub.

Dima mövsümdə 24 oyuna çıxıb, 4 qol vurub, 3 sarı vərəqə ilə cəzalanıb.

Həmin kateqoriyadan