- Baxış sayı: 38
- 03 May 2024 20:57
- Baxış sayı: 76
- May 03, 2024
- 0
“A” seriyasının 33-cü turunun “Milan” – “İnter” oyunu keçirilib.
Allsport.az xəbər verir ki, görüş “neradzurri”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə “İnter”ə çempionatın bitməsinə 5 tur qalmış İtaliya çempionu olmağa imkan verib. Simone İnzaqi üçün bu titul əvvəllər 2 dəfə İtaliya kubokunu və 3 dəfə Superkubokunu qazanan “İnter”in baş məşqçisi kimi 6-cı olub.
Bu göstəriciyə görə o, Joze Mourinyonu (5) ötüb. “A” seriyasının hazırkı formada formalaşmasından bəri (1929/30 mövsümündən) yalnız ikisi daha çox kubok qazanıb: Helenio Herrera və Roberto Mançini – hərəyə 7 kubok.