“İlk dəfə 14 yaşımda “Çelsi”yə gəldim”

“Çelsi”nin keçmiş müdafiəçisi Con Terri İngiltərə premyer liqasının Şöhrət Zalına daxil olmasına münasibət bildirib.

Allsport.az xəbər verir ki, Terri ilə yanaşı, “Mançester Yunayted”in keçmiş hücumçusu Endi Koul da burada yer alıb.

“Bir oyunçunun bir klubda bu qədər uzun müddət qalmasını tez-tez görmürsən. İlk dəfə 14 yaşımda “Çelsi”yə gəldim və dərhal özümü evimdəki kimi hiss etdim. Stadionu təmizlədim, tualetləri təmizlədim, formaları yudum – demək olar ki, hər şeyi etdim. Bu, mənim üçün inanılmaz bir səyahət idi. Mən şadam ki, bir növ miras qoyduq”.

Həmin kateqoriyadan