Dmitri Nəzərovun qolu “Ersgebirge”yə yetmədi

Almaniya 2-ci Bundesliqasında 3-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Dmitri Nəzərovun formasını geyindiyi “Ersgebirge” səfərdə Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu matçda heç-heçə edib (1:1). Millimizin yarımmüdafiəçisi startda meydana çıxıb və hesabı da məhz o açıb. Təəsüf ki, 24-cü dəqiqədə möhtəşəm qol vuran futbolçumuzun sevinci cəmi 2 dəqiqə çəkib.

Aue təmsilçisi 3 turda cəmi 1 xal toplayıb və 18 klub arasında 14-cüdür.

Həmin kateqoriyadan