Eddi İsrafilov 2-hissədə əvəzləndi, “Kadis” sonradan 3 qol vurub qalib gəldi

İspaniya Sequndasında 18-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Kadis” səfərdə “Kordoba” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:1. Yarımmüdafiəçimiz keçmiş klubun qarşı oynayıb, 55-ci dəqiqəsində sarı vərəqə alıb və 57-ci dəqiqədə əvəzlənib.

Eddi meydandan çıxarkən məğlub durumda olan “sarı dəniz mənzərəçiləri” qalan vaxt ərzində 3 qol vuraraq, qalib gəlib. “Kadis” 18 turdan sonra 27 xalla 22 klub arasında 4-cü yerdədir.

Həmin kateqoriyadan