Elxan Abdullayev: 80 illik yubileyimizdə qələbə qazanmaq ikiqat vacib idi

“Neftçi” klubun premyer liqanın 23-cü turda “İnter”lə qar şılaşıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Elxan Abdullayev 2:1 qalib gəldikləri oyundan sonra bunu deyib: 

“Komandanın oyunundan, bütün futbolçuların çıxışından razı qaldım. Üstün tərəf biz idik və vacib qələbə qazandıq. Bu gün bizim üçün ikiqat əlamətdar gündür. 80 illik yubileyimizdə qələbə qazanmaq ikiqat vacib idi.

Azarkeş dəstəyi möhtəşəm idi. Onlar sevinəndə mən də özümü xoşbəxt hiss edirəm. Kubok da bizim üçün çox vacibdir. Bundan sonra “Qarabağ”la oyun haqda düşünəcəyik”.

Həmin kateqoriyadan