Fəth Kamal Nida: Milli Gimnastika Arenası dünyanın ən yaxşı idman qurğularından biridir

Bakıda Milli Gimnastika Arenası dünyada ən yaxşı idman qurğularından biridir. Allsport.az saytı xəbər verir ki, bu sözü idman gimnastikası üzrə Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Fəth Kamal Nida deyib. O, komandasının dünya kubokunda gənc idmançılarla təmsil olunacağını və ona görə Bakıda təlim-məşq toplanışlarında iştirak etməyi qərara alıb:

“Mən 15 gün əvvəl işə başlamışam və ümidvaram, bu turnirdə uğurla çıxış edəcəyik. Biz buraya daha erkən gəldik ki, mühitə və alətlərə uyğunlaşa bilək. Bu, gənc idmançılarımız üçün çox vacibdir. Çünki onların bu cür iri turnirlərdə iştirak təcrübəsi yoxdur. Yarışlara gəldikdə qeyd edim ki, çox gərgin mübarizənin şahidi olacağıq. Burada iştirak edən hər bir idmançı ən yüksək nailiyyəti hədəfləyir”.

Xatırladaq ki, Milli Gimnastika Arenası üçüncü dəfə idman gimnastikası üzrə dünya kuboku turnirinə ev sahibliyi edəcək. Martın 15-dən 18-dək keçiriləcək yarışlarda 25 ölkədən 102 gimnast mübarizə aparacaq.

Həmin kateqoriyadan